Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin birinci müavini Vladimir Cəbarov hesab edir ki, Ukrayna üçün indi ən ağır dövr başlayır.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.
Əvvəllər məlum olub ki, Ukrayna gələn 2026-cı ildə ABŞ-dan 2022-ci ildən bəri ən aşağı hərbi yardım alacaq - cəmi 400 milyon dollar.
“Bu göstərir ki, Amerika artıq pulları havaya atmaqdan yorulub. Onlar başa düşürlər ki, heç bir geri dönüş olmayacaq - bu, Ukraynada əbədi borc kimi qalacaq. Və sonra orada kim hakimiyyətdə olacaq? Ümumiyyətlə, kimdən soruşmaq olar, məlum deyil. Buna görə də onlara balansı qorumaq üçün az-az yardım verirlər və bundan artıq deyil”, - deyə senator bildirib.
Cəbarov əmindir ki, ABŞ-nin yardımlarını azaltması Ukrayna Silahlı Qüvvələrini (USV) zəiflədəcək.
Aytəkin TOFİQQIZI