AZ

Ukrayna üçün ən ağır dövr indi başlayır

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin birinci müavini Vladimir Cəbarov hesab edir ki, Ukrayna üçün indi ən ağır dövr başlayır. 

Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.

Əvvəllər məlum olub ki, Ukrayna gələn 2026-cı ildə ABŞ-dan 2022-ci ildən bəri ən aşağı hərbi yardım alacaq - cəmi 400 milyon dollar.

“Bu göstərir ki, Amerika artıq pulları havaya atmaqdan yorulub. Onlar başa düşürlər ki, heç bir geri dönüş olmayacaq - bu, Ukraynada əbədi borc kimi qalacaq. Və sonra orada kim hakimiyyətdə olacaq? Ümumiyyətlə, kimdən soruşmaq olar, məlum deyil. Buna görə də onlara balansı qorumaq üçün az-az yardım verirlər və bundan artıq deyil”, - deyə senator bildirib.

Cəbarov əmindir ki, ABŞ-nin yardımlarını azaltması Ukrayna Silahlı Qüvvələrini (USV) zəiflədəcək.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
redaktor.az

2Mənbələr