AZ

“Barselona”da böyük faciə

“Barselona”nın müdafiəçisi Mario Pineyda qətlə yetirilib. Bu haqda Ekvador klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu və ailəsi silahlı hücuma məruz qalıb. Nəticədə Mario 33 yaşında ölüb. Ekvador mediası futbolçu ilə birlikdə onun həyat yoldaşının da qətləyetirildiyini vurğulayır. Marionun anası isə yaralanıb.
Pineyda “Barselona”nın formasını 2016-cı ildən geyirdi. O, klubla 2 dəfə Ekvador çempionluğunu və 1 dəfə ölkə kubokunu qazanıb. Mərhum futbolçu karyerası ərzində yerli “İndependyente del Valye” və “Nasyonal”, həmçinin Braziliyanın “Fluminense” komandasında da oynayıb.

Seçilən
46
1
football-plus.az

2Mənbələr