AZ

“Barselona”da böyük faciə

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Barselona”nın müdafiəçisi Mario Pineyda qətlə yetirilib. Bu haqda Ekvador klubunun mətbuat xidməti məlumat yayıb.Futbolçu və ailəsi silahlı hücuma məruz qalıb. Nəticədə Mario 33 yaşında ölüb. Ekvador mediası futbolçu ilə birlikdə onun həyat yoldaşının da qətlə yetirildiyini vurğulayır. Marionun anası isə yaralanıb.Pineyda “Barselona”nın formasını 2016-cı ildən geyirdi. O, klubla 2 dəfə Ekvador çempionluğunu və 1 dəfə ölkə kubokunu qazanıb. Mərhum futbolçu karyerası ərzində yerli “İndependyente del Valye” və “Nasyonal”, həmçinin Braziliyanın “Fluminense” komandasında da oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
1
icma.az

2Mənbələr