AZ

Ərdoğan İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi ad günü və Yeni il münasibətilə təbrik edib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi bu barədə açıqlama yayıb.

"Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycanın bütün sahələrdə, xüsusən də ticarətdə əməkdaşlıqda məqsədlərinə çatmaq üçün səylərini davam etdirdiyini bildirib. Telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsindən məmnunluq və prosesə tam dəstək ifadə olunub. Prezident Ərdoğan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü və yeni il münasibətilə təbrik edib",- açıqlamada qeyd olunub.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
19
5
missiya.az

6Mənbələr