Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran bildirib.
O deyib ki, iki Prezident arasında telefon danışığı baş tutub:
"Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Türkiyə ilə Azərbaycanın ticarət başda olmaqla bütün sahələrdə əməkdaşlıq çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaq üçün fəaliyyətlərini davam etdirdiyini bildirib.