“Qarabağ”ın müdafiəçisi Mateus Silva Braziliya klubunun maraq dairəsindədir.
İdmanxeber.az xəbər verir ki, 28 yaşlı futbolçuya A Seriyası təmsilçisi “Vitoriya” maraq göstərir. Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında ilkin danışıqlar baş tutub. Ancaq razılıq əldə olunmayıb.
Silvanın “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsi transferə əngəldir.
Xatırladaq ki, daha öncə Pedro Bikalyonun da “Botafoqo” klubunun maraq dairəsində olduğunu yazılmışdı.