AZ

Braziliyalılar ində də “Qarabağ”ın müdafiəçisinə göz dikdi 

“Qarabağ”ın müdafiəçisi Mateus Silva Braziliya klubunun maraq dairəsindədir.

İdmanxeber.az xəbər verir ki, 28 yaşlı futbolçuya A Seriyası təmsilçisi “Vitoriya” maraq göstərir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında ilkin danışıqlar baş tutub. Ancaq razılıq əldə olunmayıb. 

Silvanın “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsi transferə əngəldir.

Xatırladaq ki, daha öncə Pedro Bikalyonun da “Botafoqo” klubunun maraq dairəsində olduğunu yazılmışdı.

Seçilən
36
1
idmanxeber.az

2Mənbələr