Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinən “Kanal-11” internet televiziyasının rəhbəri Teymur Kərimovun cəzası azaldılıb.
“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar çıxarıb.
T. Kərimovun cəzası 7 ildən 5 ilə salınıb.
O, 2023-cü ilin dekabrında həbs edilib. Bu qərarla 3 il çəkilməmiş cəza müddəti qalıb.
Qeyd edək ki, bu iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. O, kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilirdi. Onun haqda isə şərti cəza hökmü qüvvədə qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.