Hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinən “Kanal-11” internet televiziyasının rəhbəri Teymur Kərimovun cəzası azaldılıb.
“Bakuinfo" xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar çıxarıb.
T. Kərimovun cəzası 7 ildən 5 ilə endirilib.
O, 2023-cü ilin dekabrında həbs edilib. Bu qərarla 3 il çəkilməmiş cəza müddəti qalıb.
Qeyd edək ki, bu iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. O, kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilirdi. Onun haqda isə şərti cəza hökmü qüvvədə qalıb.