Bakı. Trend:
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Teymur Kərimovbarəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəməprosesi keçirilib.
Trend xəbərverir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət qismən təmin edilib və Teymur Kərimovuncəzası 2 il azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən,Teymur Kərimov 8 il müddətində azadlıqdan məhrum edilib. BakıApellyasiya Məhkəməsi təqsirləndirilən Teymur Kərimovun cəzasını 1il azaltmışdı.
Qeyd edək ki, Teymur Kərimov 182.2.1-ci (hədə-qroxu yolu ilətələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindəntörədildikdə) maddəsi ilə ittiham elan edilib.
Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaqmüddəti seçilməklə şərti cəza verilib.