Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Teymur Kərimov barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Qaziler.az trend-ə istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət qismən təmin edilib və Teymur Kərimovun cəzası 2 il azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 8 il müddətində azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən Teymur Kərimovun cəzasını 1 il azaltmışdı.
Qeyd edək ki, Teymur Kərimov 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.