AZ

Braziliya millisinin üzvünün yeni klubu məlum oldu

style='margin-bottom:10px;'>

Braziliya millisinin Renan Lodinin yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat ayıb.

"Əl-Hila"dan qalmaqallı şəkildə ayrılan 27 yaşlı sol cinah müdafiəçisi karyerasını "Atletiko Mineyro" davam etdirəcək. Bildirilib ki, tərəflər 5 illik müqavilə imzalayacaqlar. 

Lodi 2025-ci ilin sentyabr ayında "Əl-Hilal" ilə müqaviləsini birtərəfli qaydada ləğv etmişdi. O, açıq şəkildə bildirib ki, mövsümöncəsi məşqlərdən sonra Səudiyyə Ərəbistanı çempionatında oynamaq imkanından məhrum edilib. 

Əl-Hilal da öz növbəsində məhkəməyə müraciət etmək niyyətində olduğunu açıqlasa da, Lodi karyerasını vətənində davam etdirmək qərarına gəlib və "Atletiko Mineyro" ilə razılaşıb.

Seçilən
35
3
teleqraf.com

4Mənbələr