AZ

Millinin futbolçusu Braziliya klubunda

Braziliya millisinin üzvü Renan Lodinin yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, “Əl-Hilal”dan qalmaqallı şəkildə ayrılan 27 yaşlı sol cinah müdafiəçisi karyerasını “Atletiko Mineyro”da davam etdirəcək.

Bildirilib ki, tərəflər 5 illik müqavilə imzalayacaqlar. Lodi 2025-ci ilin sentyabr ayında “Əl-Hilal” ilə müqaviləsini birtərəfli qaydada ləğv etmişdi. O, açıq şəkildə bildirib ki, mövsümöncəsi məşqlərdən sonra Səudiyyə Ərəbistanı çempionatında oynamaq imkanından məhrum edilib.

“Əl-Hilal” da öz növbəsində məhkəməyə müraciət etmək niyyətində olduğunu açıqlasa da, Lodi karyerasını vətənində davam etdirmək qərarına gəlib və “Atletiko Mineyro” ilə razılaşıb.

Seçilən
17
3
msport.az

4Mənbələr