AZ

Ucar–Göyçay yolunda baş verən qəzada 4 nəfər xəsarət alıb

Ucar, 24 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Ucarda yol qəzası baş verib, xəsarət alanlar var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi səhər saatlarında Ucar–Göyçay avtomobil yolunun ucar ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
27
1
azertag.az

2Mənbələr