AZ

Ucarda yol qəzası baş verib

Ucarda yol qəzası baş verib, xəsarət alanlar var.

Xezerxeber.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi səhər saatlarında Ucar–Göyçay avtomobil yolunun Ucar ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

 

 

Seçilən
9
1
xezerxeber.az

2Mənbələr