AZ

Moskvada polis maşını partladılıb - 3 nəfər həlak olub

Bakı. Trend:

Rusiyada Moskvanın cənubunda avtomobilin partladılmasınəticəsində 2 polis əməkdaşı və hadisəni törədən şəxs həlakolub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsininbəyanatında qeyd olunub.

İlkin məlumatlara görə, gecə saatlarında iki polis leytenantıYeletskaya küçəsində xidməti avtomobilin yaxınlığında şübhəli birşəxsi görüb.

Naməlum şəxsi saxlamaq üçün ona yaxınlaşdıqları anda partlayışbaş verib. Alınan xəsarətlər nəticəsində iki polis əməkdaşı,həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının yanında olanhəmin şəxs həlak olub.

Məlumata əsasən, əldəqayırma partlayıcı qurğu DYP-yə məxsusxidməti avtomobilin alt hissəsinə, sürücünün yanında, sərnişinoturacağı tərəfdən bərkidilib.

Hazırda istintaq partlayıcı qurğunun işə salınma mexanizminimüəyyənləşdirir. Polis əməkdaşlarının həyatına qəsd və partlayıcımaddələrin qanunsuz dövriyyəsi faktı üzrə cinayət işi başlanıb.

Məqalədə:
Seçilən
30
2
az.trend.az

3Mənbələr