Konkret.az saytına istinadən ain.az xəbər verir.
Rusiyada Moskvanın cənubunda avtomobilin partladılması nəticəsində 2 polis əməkdaşı və hadisəni törədən şəxs həlak olub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin bəyanatında qeyd olunub.
İlkin məlumatlara görə, gecə saatlarında iki polis leytenantı Yeletskaya küçəsində xidməti avtomobilin yaxınlığında şübhəli bir şəxsi görüb.
Naməlum şəxsi saxlamaq üçün ona yaxınlaşdıqları anda partlayış baş verib. Alınan xəsarətlər nəticəsində iki polis əməkdaşı, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının yanında olan həmin şəxs həlak olub.
Məlumata əsasən, əldəqayırma partlayıcı qurğu DYP-yə məxsus xidməti avtomobilin alt hissəsinə, sürücünün yanında, sərnişin oturacağı tərəfdən bərkidilib.
Hazırda istintaq partlayıcı qurğunun işə salınma mexanizmini müəyyənləşdirir. Polis əməkdaşlarının həyatına qəsd və partlayıcı maddələrin qanunsuz dövriyyəsi faktı üzrə cinayət işi başlanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.