AZ

Ucarda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar- Göyçay avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. "VAZ 2106 "markalı minik maşını ilə "VAZ 21011" markalı maşın toqquşub. Nəticədə 4 nəfər - Rasim Novruzov, Şamil Cəbrayılov, Əzizaga Abbasov və Aynur Məhərrəmova xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ucarda Ucarda Ucarda Ucarda Ucarda Ucarda Ucarda
Seçilən
15
16
apa.az

10Mənbələr