Ucarda ağır yol qəzası baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Ucar- Göyçay avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
“VAZ 2106” markalı minik avtomobili ilə “VAZ 21011” markalı maşın toqquşub. Nəticədə 4 nəfər – Rasim Novruzov, Şamil Cəbrayılov, Əzizaga Abbasov və Aynur Məhərrəmova xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

NOCOMMENT.az