AZ

Xocalı qatili Serj Sarkisyanın silahdaşı TUTULDU

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkənin maliyyə nazirinin keçmiş müavini, həmçinin Dövlət Gəlirləri Komitəsinin sabiq sədr müavini Vaxtanq Mirumyanı saxlayıb.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, Mirumyan bu vəzifələri Xocalı qatili Serj Sarkisyanın prezidentliyi dövründə tutub.
 

Erməni mediasının məlumatına əsasən, saxlanılan şəxs hazırda “Qazprom Ermənistan” QSC-nin ticarət və xarici əlaqələr üzrə baş direktor müavini vəzifəsində çalışırmış.


Hadisənin detalları və irəli sürülən ittihamlarla bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.

Bizim.Media

Seçilən
45
2
bizim.media

3Mənbələr