ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkənin maliyyə nazirinin keçmiş müavini, həmçinin Dövlət Gəlirləri Komitəsinin sabiq sədr müavini Vaxtanq Mirumyanı saxlayıb.Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, Mirumyan bu vəzifələri Xocalı qatili Serj Sarkisyanın prezidentliyi dövründə tutub.
Erməni mediasının məlumatına əsasən, saxlanılan şəxs hazırda “Qazprom Ermənistan” QSC-nin ticarət və xarici əlaqələr üzrə baş direktor müavini vəzifəsində çalışırmış.
Hadisənin detalları və irəli sürülən ittihamlarla bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.