AZ

Dohada Azərbaycanın nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi barədə müzakirələr aparılıb

Operativmedia saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev Dekabrın 23-də Qətərin paytaxtı Doha şəhərində keçirilən APA-nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin açılış mərasimində 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra Azərbaycanın əsas regional bağlantı mərkəzi kimi nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində artan rolu, Orta Dəhlizin genişlənən imkanları, xüsusilə Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə ətraflı məlumat verib.Operativ Media xəbər verir ki, eyni zamanda Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin gücləndirilməsinə dair strateji baxışının, o cümlədən ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərətçi Görüşünə tamhüquqlu üzv kimi qoşulmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra Komitə iclasında APA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri Bakıda qəbul edilmiş “APA Büdcəsinin Planlaşdırılması haqqında” Qətnamənin icrası və gündəlikdə duran digər məsələlərlə bağlı çıxış ediblər.

Qətər Dövlətinin parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim iştirakçı dövlətlərin rəhbərlərini qəbul edib.

Qeyd edək ki, əsası 2006-cı ildə qoyulmuş Asiya Parlament Assambleyasının hazırda 44 üzvü mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisi 2024–2025-ci illərdə APA-ya sədrlik edir. Cari ilin fevral ayında Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə Bakıda APA-nın ali orqanı olan və parlament sədrlərinin iştirakı ilə 15-ci Plenar iclas keçirilmişdir. APA-ya sədrliyin 2026-cı ilin yanvar ayında Manama şəhərində keçiriləcək Plenar iclasda Bəhreyn Krallığına ötürülməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
3
operativmedia.az

10Mənbələr