AZ

Rizvan Nəbiyev Dohada keçirilən APA nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin açılış mərasimində iştirak edib

Operativmedia portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il 22–25 dekabr tarixlərində Qətər Dövlətinə səfəri çərçivəsində dekabrın 23-də paytaxt Doha şəhərində keçirilən APA-nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin açılış mərasimində iştirak edib.Operativ Media xəbər verir ki, açılış mərasimində Qətər Dövlətinin parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, APA-nın baş katibi Mohammad Reza Majidi, Asiya Parlament Assambleyasının Prezidenti adından Milli Məclisin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev, eləcə də APA-nın vitse-prezidenti, Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Boris Çernışov çıxış ediblər.Qətər Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim çıxışında Asiya Parlament Assambleyasına uğurlu sədrliyinə və təşkilatın fəaliyyətinə verdiyi mühüm töhfələrə görə Azərbaycan Respublikasının Milli Məclisinə xüsusi təşəkkürünü ifadə edib.

Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Boris Çernışov öz çıxışında cari ilin fevral ayında Bakıda Milli Məclisin sədrliyi ilə keçirilmiş APA-nın 15-ci Plenar iclasında qəbul olunmuş, təşkilatın büdcəsi və üzvlük haqları ilə bağlı məsələlərin həllini ehtiva edən Qətnamənin əhəmiyyətini vurğulayıb.APA Prezidentinin nümayəndəsi, Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakçılara ünvanlanmış xoş arzularını çatdıraraq, müasir qlobal çağırışlar fonunda parlament diplomatiyasının artan rolundan, eləcə də Milli Məclisin sədrliyi dövründə APA çərçivəsində həyata keçirilmiş fəaliyyətlərdən bəhs edib.Deputat Azərbaycanın malik olduğu əlverişli coğrafi mövqenin üstünlüklərini, yaradılmış müasir infrastrukturun Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində oynadığı mühüm rolu, habelə Orta Dəhliz vasitəsilə tranzit və nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş ardıcıl siyasəti diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
6
operativmedia.az

10Mənbələr