AZ

Ucarda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib

Ucar rayonunda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki,hadisə rayonun 28 May küçəsində qeydə alınıb.

Belə ki, 61 yaşlı Rəhman Əsgərov yaşadığı binanın həyətində olarkən sahibsiz küçə itləri ona hücum edib. İtlərin hücumu nəticəsində Rəhman Əsgərova müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Dərhal ətrafdakı sakinlər ona ilkin yardım göstərib, daha sonra isə onu xəstəxanaya çatdırıblar. Sakinlərinin sözlərinə görə, yaxınlıqda yerləşən tikintisi yarımçıq qalan binada çoxlu sayda sahibsiz itlər toplaşır.

Onların aqressiv davranışı səbəbindən sakinlər, xüsusilə yaşlılar və uşaqlar gündəlik həyatlarını qorxu və narahatlıq içində keçirirlər.

Hazırda sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsini, ərazinin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

Seçilən
55
5
bakivaxti.az

6Mənbələr