AZ

Ucarda sahibsiz itlər 61 yaşlı kişiyə hücum etdi FOTO/VİDEO

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ucarda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun 28 May küçəsində qeydə alınıb.Belə ki, 61 yaşlı Rəhman Əsgərov yaşadığı binanın həyətində olarkən sahibsiz küçə itləri ona hücum edib. İtlərin hücumu nəticəsində Rəhman Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal ətrafdakı sakinlər ona ilkin yardım göstərib, daha sonra isə onu tibb müəssisəsinə çatdırıblar.

 

Sakinlərinin sözlərinə görə, yaxınlıqda yerləşən tikintisi yarımçıq qalan binada çoxlu sayda sahibsiz itlər toplaşır. Onların aqressiv davranışı səbəbindən sakinlər, xüsusilə yaşlılar və uşaqlar gündəlik həyatlarını qorxu və narahatlıq içində keçirirlər.

Hazırda sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsini, ərazinin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

Bizim.Media, Aran bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
5
bizim.media

6Mənbələr