2025-ci ilin ilk 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycanın 23 milyard 401 milyon 211 min dollarlıq cəmi ixracının 20 milyard 84 milyon 177 min dollarını və ya 85,83%-ni neft-qaz sektoruna daxil olan mallar, 3 milyard 317 milyon 33.4 min dollarını və ya 14,17%-ni neft-qaz sektoruna daxil olmayan mallar təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2024-cü ilin 11 ayında Azərbaycanın ixracının 87,30%-ni neft-qaz sektoruna daxil olan mallar, 12,70%-ni neft-qaz sektoruna daxil olmayan mallar təşkil etmişdi.
Beləliklə, bu il neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi 1,47 faiz bəndi azalıb.