AZ

Azərbaycanın ixracında neft qaz sektoruna daxil olan malların xüsusi çəkisi cüzi azalıb

ain.az bildirir, Marja.az portalına istinadən.

2025-ci ilin ilk 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycanın 23 milyard 401 milyon 211 min dollarlıq cəmi ixracının 20 milyard 84 milyon 177 min dollarını və ya 85,83%-ni neft-qaz sektoruna daxil olan mallar, 3 milyard 317 milyon 33.4 min dollarını və ya 14,17%-ni neft-qaz sektoruna daxil olmayan mallar təşkil edib.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2024-cü ilin 11 ayında Azərbaycanın ixracının  87,30%-ni neft-qaz sektoruna daxil olan mallar, 12,70%-ni neft-qaz sektoruna daxil olmayan mallar təşkil etmişdi. 

Beləliklə, bu il neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi 1,47 faiz bəndi azalıb.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
marja.az

2Mənbələr