Ankara yaxınlığında Liviya ordu rəhbərliyini daşıyan və qəzaya uğrayan “Falcon 50” təyyarəsi ilə bağlı maraqlı məlumat yayılıb.
Təyyarə biznes-klass uçuşları da daxil olmaqla, çarter xidmətləri göstərən Maltada qeydiyyatdan keçmiş aviaşirkətə məxsus olub.
Avropa İttifaqında aviasiya dairələrindəki mənbənin TASS-a dediyinə görə, qəzaya uğrayan “Falcon 50” ilk uçuşunu 1988-ci ildə həyata keçirib, Malta aviaşirkəti tərəfindən idarə olunub və biznes aviasiyasının çarter marşrutlarında istifadə olunub. Həmçinin qeyd edilib ki, təyyarə 2022-ci ilin yayında tam texniki xidmətdən keçib.
Mənbənin sözlərinə görə, təyyarə demək olar ki, hər gün Aİ daxilində, eləcə də Yaxın Şərq və Afrika ölkələrinə uçuşlar həyata keçirirdi. / Musavat.com
Telegram kanalımız