Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, təyyarə biznes-klass uçuşları da daxil olmaqla, çarter xidmətləri göstərən Maltada qeydiyyatdan keçmiş aviaşirkətə məxsus olub.
Avropa İttifaqında aviasiya dairələrindəki mənbənin TASS-a dediyinə görə, qəzaya uğrayan "Falcon 50" ilk uçuşunu 1988-ci ildə həyata keçirib, Malta aviaşirkəti tərəfindən idarə olunub və biznes aviasiyasının çarter marşrutlarında istifadə olunub. Həmçinin qeyd edilib ki, təyyarə 2022-ci ilin yayında tam texniki xidmətdən keçib.
Mənbənin sözlərinə görə, təyyarə demək olar ki, hər gün Aİ daxilində, eləcə də Yaxın Şərq və Afrika ölkələrinə uçuşlar həyata keçirirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31