AZ

Taksi buraxılış vəsiqəsi və kartlarının alınması son müraciət tarixi açıqlandı

Bakı.Trend:

Taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün30 dekabr saat 23:59-dək müraciət olunmalıdır.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetininmüvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrətaksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilənicazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000(iyirmi beş min kvota) müəyyən edilib.

Kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraqmüvafiq məlumatlandırma təmin edilmişdir. Kvota ilə əlaqədar Bakışəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri iləsərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılışkartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci iltarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix vəvaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.

Müraciət edən şəxslərdən xahiş olunur ki, ərizələrini müəyyənolunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər.Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərəqanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

Müraciət zamanı sistemə yüklənən sənədlərin düzgünlüyü vətamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkaredilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb olabilər. Müraciətin statusunda hər hansı dəyişiklik baş verdiyi haldaoperativ reaksiya verə bilmək üçün elektron portalda yerləşən şəxsikabinetin mütəmadi yoxlanılması tövsiyə olunur.

Elektron qaydada təqdim olunmuş müraciətlər yoxlanıldıqdan vədüzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə dövlət rüsumlarıərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir. Müəyyənolunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdəmüraciətlər ləğv ediləcək.

Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı vəbaxılması kvota sayında yer azad olduqda və növbəlilikgözlənilməklə həyata keçiriləcək. Növbə proseduru ilə bağlı yaxıngünlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Seçilən
62
31
az.trend.az

10Mənbələr