AZ

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə taxıl vaqonları göndərilib

Bakı. Trend:

Rusiyanın Volqoqrad vilayətinin Qmelinskaya dəmiryolustansiyasından Ermənistana Azərbaycan ərazisindən keçməklə buğdavaqonlarının göndərişinə başlanılıb.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

İlk partiya səkkiz taxıl vaqonundan ibarət olub və son təyinatnöqtəsinin İrəvan dəmiryolu stansiyası olduğu bildirilir.

2025-ci ilin sonunadək bu marşrut üzrə 2 min tondan çox buğdadaşıyan 30 vaqonun göndərilməsi nəzərdə tutulur.

Yeni logistika xidmətinin yaradılması Ermənistan istiqamətindətranzit yüklərin Azərbaycanın vasitəsi ilə daşınmasının bərpaolunması qərarı sayəsində mümkün olub.

Bu, 1990-cı illərin əvvəlindən bəri ilk dəfədir ki, belədaşımalar həyata keçirilir.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
32
1
az.trend.az

2Mənbələr