AZ

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə taxıl vaqonları göndərildi

Rusiyanın Volqoqrad vilayətinin Qmelinskaya dəmiryolu stansiyasından Ermənistana Azərbaycan ərazisindən keçməklə buğda vaqonlarının göndərişinə başlanılıb.

Bakıvaxtı.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

İlk partiya səkkiz taxıl vaqonundan ibarət olub və son təyinat nöqtəsinin İrəvan dəmiryolu stansiyası olduğu bildirilir.

2025-ci ilin sonunadək bu marşrut üzrə 2 min tondan çox buğda daşıyan 30 vaqonun göndərilməsi nəzərdə tutulur.

Yeni logistika xidmətinin yaradılması Ermənistan istiqamətində tranzit yüklərin Azərbaycanın vasitəsi ilə daşınmasının bərpa olunması qərarı sayəsində mümkün olub.

Bu, 1990-cı illərin əvvəlindən bəri ilk dəfədir ki, belə daşımalar həyata keçirilir./Trend 

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr