AZ

Legioner limitini pozdular, texniki məğlubiyyət aldılar - 1200 manat ödəyəcəklər

I Liqada çıxış edən “Zaqatala”yna texniki məğlubiyyət verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna bölgə təmsilçisinin XI turda, MOİK-lə matçda legioner limitini pozması səbəb olub.

0:3 hesablı texniki məğlubiyyət alan “Zaqatala” 1200 manat cərimələnib.

Qarşılaşma MOİK-in 3:1 hesablı qalibiyyəti ilə bitib.

Seçilən
64
11
sportinfo.az

10Mənbələr