AZ

Legioner limitini pozdular: Texniki məğlubiyyət aldılar

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən “Zaqatala” komandasına texniki məğlubiyyət verilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna bölgə təmsilçisinin XI turda, MOİK-lə matçda legioner limitini pozması səbəb olub.

0:3 hesablı texniki məğlubiyyət alan “Zaqatala” 1200 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qalibiyyəti ilə bitib.

"Cebheinfo.az"

Seçilən
22
5
cebheinfo.az

10Mənbələr