AZ

Rəqəmsal təhlükələrə qarşı cavab qlobal əməkdaşlıqla formalaşdırılmalıdır - Vladanka Andreeva

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Rəqəmsal platformalar və süni intellekt isə getdikcə yeni uşaqlıq formalaşdırmağa başlayır.

TurkicWorld xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr üçün rəqəmsal texnologiyalar gündəlik reallıqlarına – öyrənmə, ünsiyyət, oyun, şəxsiyyətlərini araşdırmaq və dünyanı, eləcə də özlərini anlamaq – tam şəkildə inteqrasiya olunub:

"Rəqəmsal transformasiya ilə birlikdə yeni və sürətlə dəyişən risklər də ortaya çıxır və bu risklər böyüklər üçün çox zaman görünməzdir, alqoritmlərlə gücləndirilir və saniyələr içində sərhədləri aşa bilir. Uşaqlar internetdə elə miqyasda və sürətlə zərərli təsirlərlə qarşılaşırlar ki, mövcud müdafiə sistemləri əvvəlcədən bu cür halları idarə etmək üçün nəzərdə tutulmayıb. Bu risklərə zərərli əlaqələrlə təmas, kibertəzyiq, təqib, uşaqları aldatmaq və cinsi istismar, insan alveri və şantaj kimi hallar daxildir.

Bu təhlükələr həmçinin bərabərsizliyi və istisna hallarını daha da dərinləşdirə bilər – ən çox zərbə isə həssas vəziyyətdə olan uşaqlara dəyir. Buraya fiziki və ya əqli məhdudiyyətli uşaqlar, müəssisələrdə yaşayan uşaqlar, valideyn himayəsindən məhrum uşaqlar, aşağı gəlirli ailələrdən olan uşaqlar və ayrı-seçkiliklə üzləşən uşaqlar daxildir.

Heç bir ölkə bu çağırışların öhdəsindən təkbaşına tam şəkildə gələ bilməz".

Seçilən
8
2
turkic.world

3Mənbələr