AZ

Rəqəmsal təhlükələrə qarşı cavab qlobal əməkdaşlıqla formalaşdırılmalıdır - Vladanka Andreeva

Bakı. Trend:

Rəqəmsal platformalar və süni intellekt isə getdikcə yeniuşaqlıq formalaşdırmağa başlayır.

Trend xəbərverir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisiVladanka Andreeva bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Rəqəmsal mühitdəuşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq"mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr üçün rəqəmsaltexnologiyalar gündəlik reallıqlarına – öyrənmə, ünsiyyət, oyun,şəxsiyyətlərini araşdırmaq və dünyanı, eləcə də özlərini anlamaq –tam şəkildə inteqrasiya olunub:

"Rəqəmsal transformasiya ilə birlikdə yeni və sürətlə dəyişənrisklər də ortaya çıxır və bu risklər böyüklər üçün çox zamangörünməzdir, alqoritmlərlə gücləndirilir və saniyələr içindəsərhədləri aşa bilir. Uşaqlar internetdə elə miqyasda və sürətləzərərli təsirlərlə qarşılaşırlar ki, mövcud müdafiə sistemləriəvvəlcədən bu cür halları idarə etmək üçün nəzərdə tutulmayıb. Burisklərə zərərli əlaqələrlə təmas, kibertəzyiq, təqib, uşaqlarıaldatmaq və cinsi istismar, insan alveri və şantaj kimi hallardaxildir.

Bu təhlükələr həmçinin bərabərsizliyi və istisna hallarını dahada dərinləşdirə bilər – ən çox zərbə isə həssas vəziyyətdə olanuşaqlara dəyir. Buraya fiziki və ya əqli məhdudiyyətli uşaqlar,müəssisələrdə yaşayan uşaqlar, valideyn himayəsindən məhrumuşaqlar, aşağı gəlirli ailələrdən olan uşaqlar və ayrı-seçkilikləüzləşən uşaqlar daxildir.

Heç bir ölkə bu çağırışların öhdəsindən təkbaşına tam şəkildəgələ bilməz".

Məqalədə:
Seçilən
40
2
az.trend.az

3Mənbələr