BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “GAMA Enerji” şirkəsi arasında Saziş imzalanıb.
TurkicWorld xəbər verir ki, sənəd II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda imzalanıb.
Saziş SOCAR-ın prezidenti Rövşən Nəcəf və Gama Enerji şirkətinin idarə heyətinin rəhbəri Ahmet Hakan Özman tərəfindən imzalanıb.
Qeyd edək ki, SOCAR saziş çərçivəsində Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasını (870 MVt) 225 milyon dollara əldə edir.
SOCAR adıçəkilən elektrik stansiyasının 100% payına sahib olacaq.