Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Suriyanın İraqla sərhəd bölgəsində İranın gizli hərbi bazası aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə Suriyanın hərbi məlumatlar yayan "Qəle-yi Əlməziq" sosial media kanalı məlumat və video paylaşıb.
Bildirilib ki, 7 il əvvəl SEPAH tərəfindən inşa edilən baza Bəşər Əsədin devrilməsindən sonra istifadəsiz qalıb.
“İranlılar və onlara bağlı "Fatimiyyun" briqadası İraq sərhədi yaxınlığında geniş və mürəkkəb tunel şəbəkəsi qurublar”, - məlumatda bildirilib.
Yayılan videoda nəqliyyat vasitələrinin hərəkət etdiyi və Hizbullaha silah qaçaqmalçılığı üçün əsas yol hesab edilən böyük tunellər göstərilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.