AZ

Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılacaq 

Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç "X"də bildirib.

O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində daha yeni bir addımın atıldığını qeyd edib.

Sərdar Kılıçın sözlərinə görə, THY 11 mart 2026-ci il tarixindən etibarən hər gün müntəzəm şəkildə İstanbul-İrəvan-İstanbul uçuşlarına başlayacaq.

Poliqon.info

Seçilən
43
18
poliqon.info

10Mənbələr