AZ

Məşhur müğənni vəfat etdi

Vətəninfo.az xəbər verir ki, dünyaca məşhur britaniyalı müğənni və bəstəkar Kris Ri 74 yaşında vəfat edib. Ri daha çox 1980-ci illərdə yazdığı “Milad üçün evə maşınla getmək” hit mahnısı ilə tanınır.

Ailəsinin yaydığı açıqlamaya görə, o, qısa sürən xəstəlikdən sonra bu gün xəstəxanada dünyasını dəyişib.

Həyatı boyunca Ri bir neçə dəfə ciddi xəstəliklərlə mübarizə aparmalı oldu: 1990-cı illərdə mədəaltı vəzi xərçəngi, sonra insult və daha sonra ona 1-ci tip diabet diaqnozu qoyuldu.

Seçilən
75
veteninfo.az

1Mənbələr