AZ

Bu il 59-cu qolunu vurdu, rekordu təkrarladı

Kilian Mbappe “Real”da məhsuldar çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, o, komandanın sabiq futbolçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. Fransalı futbolçu İspaniya La Liqasının “Sevilya” üzərində 2:0 hesablı qələbə qazandıqları oyununda 2025-ci ildə Madrid klubunda 59-cu qolunu vurub. Hazırda “Əl-Nəssr”də çıxış edən Ronaldo 2013-cü ildə “Real”da 59 qol vurub.

Qeyd edək ki, “Real” artıq 2025-ci ildə rəsmi oyun keçirməyəcək. Başqa sözlə, Kilian bu il Ronaldonun rekordunu yeniləyə bilməyəcək.

Mbappe paytaxt komandasında 2024-cü ildən çıxış edir. O, bu mövsüm bütün yarışlarda 27 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
38
1
football-plus.az

2Mənbələr