AZ

Bu il 59 cu qolunu vurdu, rekordu təkrarladı

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Kilian Mbappe “Real”da məhsuldar çıxışını davam etdirir."Football-plus.az" xəbər verir ki, o, komandanın sabiq futbolçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. Fransalı futbolçu İspaniya La Liqasının “Sevilya” üzərində 2:0 hesablı qələbə qazandıqları oyununda 2025-ci ildə Madrid klubunda 59-cu qolunu vurub. Hazırda “Əl-Nəssr”də çıxış edən Ronaldo 2013-cü ildə “Real”da 59 qol vurub.Qeyd edək ki, “Real” artıq 2025-ci ildə rəsmi oyun keçirməyəcək. Başqa sözlə, Kilian bu il Ronaldonun rekordunu yeniləyə bilməyəcək.Mbappe paytaxt komandasında 2024-cü ildən çıxış edir. O, bu mövsüm bütün yarışlarda 27 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
icma.az

2Mənbələr