Taxıl sahələrində zərərvericilər sürətlə yayılır.
Xezerxeber.az xəbər verir ki, Cəlilabad rayonunUN əksər əkin sahələrində rast gəlinən Zaqafqaziya taxıl böcəyi bitkilərin normal inkişafının qarşısını alır və məhsuldarlığı ciddi şəkildə sual altına qoyur.
Mütəxəssislərin sözlərinə görə, qış aylarında havaların mülayim keçməsi bu zərərvericilərin torpağın alt qatından çıxaraq bitkilərin yarpaqlarına sirayət etməsinə səbəb olub.
Qeyd edilir ki, Zaqafqaziya taxıl böcəyi əsasən dəmyə şəraitində olan əkin sahələrinə daha çox zərər vurur. Cəlilabad Dövlət Aqrar inkişaf Mərkəzindən bildirilib ki, sözügedən zərərvericilərə rayonun bir çox kəndlərində rast gəlinir. Bu səbəbdən təsərrüfatlarda təcili tədbirlərin görülməsi zəruridir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.