AZ

Cəlilabadda taxil sahələri üçün gözlənilməz TƏHLÜKƏVİDEO

Taxıl sahələrində zərərvericilər sürətlə yayılır.

Xezerxeber.az xəbər verir ki, Cəlilabad rayonunUN əksər əkin sahələrində rast gəlinən Zaqafqaziya taxıl böcəyi bitkilərin normal inkişafının qarşısını  alır və  məhsuldarlığı  ciddi şəkildə sual altına qoyur.

Mütəxəssislərin sözlərinə görə, qış  aylarında havaların mülayim keçməsi bu zərərvericilərin torpağın alt qatından çıxaraq bitkilərin yarpaqlarına sirayət etməsinə səbəb olub.

Qeyd edilir ki, Zaqafqaziya taxıl böcəyi əsasən dəmyə şəraitində olan əkin sahələrinə daha çox zərər vurur.  Cəlilabad Dövlət Aqrar inkişaf Mərkəzindən  bildirilib ki, sözügedən zərərvericilərə rayonun bir çox kəndlərində   rast gəlinir. Bu səbəbdən  təsərrüfatlarda təcili tədbirlərin görülməsi  zəruridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
90
1
xezerxeber.az

2Mənbələr