AZ

“Partizani”dən həmyerlimizə yeni müqavilə TƏKLİFİ

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli yeni mövsümə də Albaniyada başlaya bilər.

Bizim.Media xəbər verir ki, “Partizani” həmyerlimizə 1 illik yeni müqavilə təklif edib.
 

Tirana təmsilçisi onunla işbirliyinə davam etdirməyi planlaşdırır. İsgəndərli isə bunula bağlı yekun qərarını hələ verməyib.


Millimizin üzvü mövsümün əvvəlində “Partizani” ilə 1 illik müqavilə imzalamışdı.

30 yaşlı futbolçu karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə”, “Sumqayıt”, “Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” klublarında da oynayıb.

Bizim.Media

Seçilən
80
1
bizim.media

2Mənbələr