AZ

“Partizani”dən həmyerlimizə yeni müqavilə TƏKLİFİ

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli yeni mövsümə də Albaniyada başlaya bilər.

Paralel.az xəbər verir ki , “Partizani” həmyerlimizə 1 illik yeni müqavilə təklif edib.
 

Tirana təmsilçisi onunla işbirliyinə davam etdirməyi planlaşdırır. İsgəndərli isə bunula bağlı yekun qərarını hələ verməyib.


Millimizin üzvü mövsümün əvvəlində “Partizani” ilə 1 illik müqavilə imzalamışdı.

30 yaşlı futbolçu karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə”, “Sumqayıt”, “Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” klublarında da oynayıb.

Seçilən
42
1
paralel.az

2Mənbələr