AZ

Sədrin köməkçisi müdir müavini təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.

"Unikal"ın məlumata görə, Əzizli Murad İlham oğlu Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin müdir müavini təyin edilib.

M.Əzizli yeni təyinatadək Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin köməkçisi idi.

Qeyd edək ki, adıçəkilən departamentin müdiri Elmar Hacıyevdir. O bir neçə ay əvvəl bu vəzifəyə gətirilib.

Anar Kəlbiyev

Seçilən
92
22
unikal.az

10Mənbələr