AZ

4 nəfərin ölümünə görə məhkum edilən Elşad Kəlbəliyev cəzadan azad edildi

Amnistiya aktı avtomobil qəzasında dörd nəfərin ölümünə səbəb olan “Əlincə” futbol klubunun prezidenti, iş adamı Elşad Kəlbəliyəvə şamil edilib. 

Paralel.az xəbər verir ki o, bu gün 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. 

Elşad Kəlbəliyəv Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədib və məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilib. 

Amnistiya aktı ilə o, cəzasının çəkilməyən hissəsindən azad edilib.

Seçilən
88
3
paralel.az

10Mənbələr