AZ

4 nəfərin ölümünə görə məhkum edilən Elşad Kəlbəliyev cəzadan azad edildi

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Amnistiya aktı avtomobil qəzasında dörd nəfərin ölümünə səbəb olan “Əlincə” futbol klubunun prezidenti, iş adamı Elşad Kəlbəliyəvə şamil edilib. Bizim.Media xəbər verir ki, o, bu gün 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Qeyd edək ki, Elşad Kəlbəliyəv 2021-ci ildə Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədib və məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilib. Sonradan həbs müddəti 5 ilə endirilib.Amnistiya aktı ilə o, cəzasının çəkilməyən hissəsindən azad edilib.Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
1
bizim.media

2Mənbələr